“Audi” əfsanəvi loqosunu yeniləyir? - “Dörd halqa”nı nə əvəz edəcək? – FOTO
Xarici xəbərlər portalının məlumatına görə, Almaniya avtomobil kompaniyası “Audi” yaxın zamanda özünün əfsanəvi “dörd halqası”nı dəyişdirmək haqqında fikirləşir.
"Bİ" xəbər verir ki, markanın yeni ticarət nişanı almaq üçün qeydiyyata baş vurması haqqında xəbərlər hələ ötən həftədən dolaşırdı. Bildirilir ki, “Audi” rebrendinq ilə loqosunun əsas konsepsiyasından imtina etmək barəsində düşünmür: “Dörd halqa markanın tanınmasında həlledici rol oynadığına görə, onda dəyişiklik olunmayacaq. Amma halqalar arasındakı əlaqələrin təsvirində isə dəyişiklik gözlənilir”. Portal iki loqotipi müzakirə edir.
Aşağıdakılar yenilənmiş “Audi” loqotipləri üçün alternativlər ola bilərlər. Yeni subbrend ilə emblemlər isə əlbəttə ki, istisna edilmir. İlk potensial loqotip heç də dörd halqanı xatırlatmır, onlar arasında heç bir əlaqə yoxdur. İkinci, loqotipdə isə yenə də gözə dörd halqa dəymir, amma bu dəfə halqaların 2 ikiyə bölündüyün və aralarında əlaqənin yaradıldığını görürük.
Xatırladaq ki, “Audi”dən məsələ ilə bağlı informasiya almaq mümkün olmayıb. Bununla belə sosial şəbəkə istifadəçiləri markanın belə bir addım atmasının səbəbləri haqqında müzakirələr aparırlar.
Bir qism istifadəçiyə görə, “Audi” mürəkkəb dizayna malik olmayan, sıradan rebrendinq etmək üçün belə addım atır. Başqa bir fərziyyəyə görə isə bu “Audi”nin yeni avtomobil xətti üzərində aktiv çalışması ilə bağlıdır. “Audi”nin elektrik mühərrikli avtomobillərin istehsalına başlaması və pilotsuz avtomobil layihələri markanın daxilində bölmələrin yaranmasına səbəb ola bilər. Bu isə ardınca şəxsi loqotiplərin yaranmasını labüd edə bilər.