“Xalq Həyat”a 5 illik lisenziya verildi
27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir.
Bu barədə "BI"yə "Xalq Həyat" Sığorta Şirkətindən bildirilib.
Cəmiyyətin nizamnamə kapitalı 15 milyon manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur. Şirkətin İdarə Heyətinin sədri Roman Alpaşa oğlu Vəliyevdir. Cəmiyyət Bakı şəhəri, İnşaatçılar pr., 22 L ünvanda fəaliyyət göstərir.