İtaliyada işığın və qazın qiyməti aşağı düşəcək

İtaliyada bu ilin aprelin əvvəlindən elektrik enerjisinin qiyməti 8,5 faiz, qazın qiyməti isə 9,9 faiz aşağı düşəcək.
"BI" İtaliyanın “corrierequotidiano.it” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin energetika idarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, qiymətlər ötən illə müqayisədə bu ilin ilk rübü ərzində enməyə başlayıb.
Qiymətlərin aşağı düşməsinə səbəb topdansatış enerji bazarlarında xammal qiymətlərinin azalmasıdır.