Hadisə

Bakıda su kəmərində qəza - İki rayon susuz qaldıb

Binəqədi və Nərimanov rayonlarına içməli suyun verilməsində fasilə yaranıb

Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə  “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilir ki, fasiləyə səbəb Ə.Rəcəbli küçəsində magistral su kəmərində baş vermiş qəzadır.

Hazırda qəza briqadaları əraziyə cəlb olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)