Dövlət qurumu işçi axtarır - VAKANSİYA
Maliyyə üzrə Aparıcı Mütəxəssis
Vəzifə öhdəlikləri
- Maliyyə göstəriciləri barədə hesabatların hazırlanması və analizlərinin aparılması
- İkili mühasibat yazılışları üzrə əməliyyatların yerinə yetirilməsi
- Xərclərin səmərəliliyinin təhlili və xərclərin optimallaşdırılması planı üzrə təkliflərin hazırlanması
- Bank və Vergi balanslarını yoxlayıb, gündəlik hesabatlarının hazırlanması
- Büdcə planının hazırlanması, icmal büdcələrin tərtibatı və büdcəyə nəzarətin keçirilməsi
- Şöbələr tərəfindən büdcənin icrası haqqında məlumat toplamaq
- Maliyyə tədqiqatlarını həyata keçirmək
- Maliyyə riskinin səviyyəsini qiymətləndirmək
- Gəlir və xərclər üzrə proqnozların qurulması
- Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçotun təşkili
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq
Vəzifəyə olan tələblər:
- Təhsil - Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit ixtisasları üzrə təhsil arzuolunandır)
- Yaş həddi - 22-30
- İş təcrübəsi: Minimum 2 il (“Big four” iş təcrübəsi arzuolunandır)
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri yaxşı səviyyədə
- ACCA F3 (ACCA F7 arzuolunandır)
İş şəraiti
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Maliyyə üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə recruitmenthrbaku@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!