"Görüş səmərəli olub"
![](https://ena.az/uploads/news/2019-03/_businessinsider_347aad2f20e7fc6f199e8f63d_o.jpg)
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib.
"Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”, - deyə fransalı həmsədr qeyd edib.
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.