"Sahibkarlar malları Çindən, Türkiyədən, Dubaydan gətiriblər, ancaq malların sənədləri yoxdur"
Hazırda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Diqlasda zərərçəkən sahibkarları qəbul edir.
"Businessinsider.az"ın məlumatına görə, görüşdə səslənən məsələlərə görə, sahibkarlar malları əsasən Çindən, Türkiyədən, Dubaydan gətiriblər, ancaq həmin malların sənədləri yoxdur.
Sahibkar Natiq Nurəddinov bildirdi ki, 380 minlik malı yanıb. Türkiyədəki fabrikə 20 min, Bakıda isə 60 min borcu var. N.Səfərov söylədi ki, "Kapitalbank"da hesab açılacaq və ilkin maliyyə dəstəyi göstəriləcək. Sahibkarlığın inkişafı Fondundan cüzi faizlə kredit ayrılacaq.
Nazir müavini "Diqlas" bərpa olunana qədər Sədərək və ya digər ticarət mərkəzində yer təklif etdi.