Hadisə

"Diqlas" yanğınına görə dövlət yardımı - BELƏ ÖDƏNİLƏCƏK

"İcarədarlara ilkin maliyyə yardımı veriləcək".

"BI" xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Diqlas"dakı yanğında zərərçəkən sahibkarlarla görüşündə deyib.

O bildirib ki, bunun üçün "Kapital Bank"la danışıq aparılıb: “Siz banka müraciət edərək hesabı açdıracaqsız və vəsait həmin hesaba köçürüləcək. Həmçinin, sizə güzəştli kredit də ayrılacaq. Sizə işinizi bərpa etmək üçün ilk olaraq nə qədər vəsait lazım olduğunu müəyyən edib bizə bildirin. Eyni zamanda, sizə digər ticarət mərkəzlərində, məsələn, "Sədərək" Ticarət Mərkəzində istədiyiniz ölçüdə mağaza ayıraq, yaxın aylarda fəaliyyətinizi orada davam etdirəcəksiniz".

İcarədar isə ona "Sədərək" TM-də 30-40 kvadratmetr yer ayrılmasına razı olduğunu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)