“Diqlas”da fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər veriləcək
“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara güzəştli kreditlər veriləcək.
"BI" xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yaradılmış işçi qrupla sözügedən ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar arasında keçirilən görüş zamanı bildirilib.
Görüş zamanı qeyd olunub ki, zərər çəkənlər alacaqları təzminat üçün “Kapital Bank”a yaxınlaşmalı olacaqlar.
“Diqlas” ticarət mərkəzi bərpa olunanadək sahibkarlar “Sədərək” ticarət mərkəzində və ya digər ticarət obyektində istədikləri qədər ərazi ilə təmin ediləcəklər.