Palatanın işi dövlət siyasətinin icrasına nəzarət etmək olmalıdır
“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin Parlamentin plenar iclasının gündəliyindən çıxarılması düzgün addımdır. Müstəqil ekspertlər ilk gündən dəyişikliyin əleyhinə çıxış edərək prosesin inzibati yolla yox, iqtisadi rıçaqlar vasitəsilə həll edilməsinə üstünlük verdiklərini bildirdilər.
Xəbərlərdə qeyd edilir ki, layhədən imtanın səbəbi qismində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub. Bu fikir də doğrudur. Çünki Palatanın getdikcə nəzarətedici və tənzimləyici qurumdan siyasət müəyyənləşdirici quruma çevilmək niyyəti qabarıq şəkildə özünü göstərir. Palatanın işi müəyyənləşdirilmiş maliyyə sektorunda dövlət siyasətinin icrası vəziyyətinə nəzarət etmək olmalıdır.
Layihədə hətta kreditlər, komisyon haqları və digər ödənişlər üzrə yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyəti Mərkəzi Banka verilsəydi belə bu addım ekspertlər tərəfindən mənfi qiymətləndirilərdi. Çünki söhbət daha çox prosesə hansı institutun nəzarət etməsindən yox, mexanizmin məqsədəuyğun olmamasında gedir.
Samir Əliyev
İqtisadçı-ekspert