Rəsmi

Prezident İlham Əliyev: "Azərbaycanda sığorta sahəsində boşluqlar var"

“Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, çünki bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki,  Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”.

"BI" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə çıxışı zamanı deyib.

“Məsələn, bu yaxınlarda Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələ nəticəsində minlərlə evə ziyan dəydi və məlum oldu ki, heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Bütövlükdə sahibkarlara məsləhət görülür ki, onlar öz əmlaklarını sığortalansınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq” - deyə, dövlət başçısı qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)