"Azercell" xalis mənfəətin açıqladı: 100 milyon manat
“Azercell Telecom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 1 milyard 32 milyon manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 12,6% çoxdur.
2018-ci ildə “Azercell Telecom”un cəmi öhdəlikləri 10,85% artaraq 97,116 milyon manata, cəmi kapitalı isə 12,8% artaraq 934,767 milyon manata çatıb.
Ötən il “Azercell Telecom”un gəlirləri 421,193 milyon manat (əvvəlki ilə nisbətən 2,4% çox), xərcləri 286,206 milyon manat (27,9% az), maliyyə gəlirləri 746 min manat (52,1% az), mənfəət vergisi ödəmələri isə 35,498 milyon manat (60,2% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 100,235 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, mobil rabitə operatorunun 2017-ci ildən 19,357 milyon manat zərərlə çıxmışdı.
Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin səhmlərinin 51,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə, 42,2%-i Terkiyənin “Cenay İletisim” şirkətinə, 6.5%-i isı Maltanın “FA Invest” şirkətinə məxsusdur.