TURİZM

Yekaterinburq-Bakı aviareysi açılır - QİYMƏT

Bu ilin iyun ayının 18-dən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Yekaterinburq-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. "BI"nin aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.

Bakıdan Yekaterinburqa təyyarə saat 12:30-da, əks istiqamətdə isə yerli vaxtla saat 16:30-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10,5 min rubl (277 manat) təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)