Hadisə

"Onu məcbur edə bilmərik ki, sizə pul versin"- "DİQLAS"IN SAHİBLƏRİ BAKIYA ÇAĞRILIBLAR

Martın 26-da yanğın nəticəsində tamamilə məhv olan "Diqlas" TM-nin idarə edən şəxslər və sahibləri Bakıya çağrılıb və onların mərkəzdə ticarət edən sahibkarlarla görşü olacaq.

"BI" xəbər verir ki, bu barədə bu gün "Diqlas" TM-də yanğın nəticəsində mağazaları və malları yanan sahibkarlarla TM-nin yerləşdiyi Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşündə bildirilib.

Görüşdə bildirilib ki, TM-ni işlədən sahiblərdən biri - Hacı Araz dünən xaricdə idi, amma onunla danışılıb və bu gün gəlib sahibkarlarla görüşəcək.

Görüşdə sahibkarlar TM rəhbərliyinə qanunsuz ödəmələr barədə də məlumat verərək onların zərəri ödəmələini tələb ediblər: "Diqlas" sahibinin tam imkanı var ki bizim pulumuzu ödəsin".

İcra hakimiyyəti bildirib ki, məsələ obyektiv araşdırılacaq: "Sahibkarların özləri gəlib sizinlə söhbət edəcəklər. Görüşəcəksiniz. Özləri ilə də müzakirə etmək lazımdır. Mən onu məcbur edə bilmərəm ki, sizə pul versin".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)