Sənaye

Alman şirkəti “Azərbaycan” İES-in reabilitasiyasına dair Baş Plan hazırlayır

Energetika Nazirliyi Almaniyanın VPC şirkətini iyulda qəzanın baş verdiyi “Azərbaycan” İES-in reabilitasiyasına dair Baş Planın hazırlanması və icrası prosesinə cəlb edib. Bunu energetika naziri Pərviz Şahbazov deyib.

 

Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.

 

“Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və "Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında "Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də "Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb”, - deyə P.Şahbazov rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

 

Bundan başqa, Energetika Nazirliyi "Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə "2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.

 

Nazir vurğulayıb ki, "Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası Proqramı” hazırlanıb. Bütün modul tipli elektrik stansiyalarını, eləcə də "Cənub”, "Şimal” və "Sumqayıt” istilik elektrik stansiyalarını əhatə edən proqram üç il müddətində həyata keçirilməlidir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)