Vakansiyalar

Universitetdə dekan işləmək istəyənlərin nəzərinə - İŞ VAR

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti  aşağıda qeyd olunan vakant  vəzifəni tutmaq üçün müsabiqə elan edir.

Dekan vəzifəsini tutmaq üçün “Xidmət mühəndisliyi” fakültəsinin dekanı

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına ərizə
2. Əmək kitabçasından çıxarış
3. Kadrların şəxsi uçot vərəqəsi
4. Tərcümeyi-hal
5. 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil
6. Son iş yerindən xasiyyətnamə (təşkilatın rəhbəri tərəfindən verilmiş və təşkilatın möhürü ilə təsdiqlənmiş)
7. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru, elmlər doktoru), elmi ad (dosent, professor) verilməsi haqqında diplomların təsdiq olunmuş surətləri
8. Ən azı, 5 il elmi-pedaqoji təcrübə 
9. Dərc olunmuş elmi əsərlərin siyahısı (təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş və möhürlənmiş)
10. Şəxsiyyət vəsiqəsinin surəti
11. Fakültənin 5 illik perspektiv inkişaf planı

Sənədlər 06 aprel 2019-cu il tarixinədək  (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00- 17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin Ümumi şöbəsinə təqdim etmək lazımdır.

Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küç, 822/23-cü məhəllə, otaq 209

Yaranan suallarla bağlı Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə müraciət edə bilərsiniz.

Tel: 564-42-33, 564-54-11 (dax. 115)

Məlumat ATMU-nun web səhifəsində də ( www.atmu.edu.az) yerləşdirilmişdir.

Qeyd: Fakültə dekanı  vəzifəsinə namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Rektorluq

recruitment@atmu.edu.az
info@atmu.edu.az
administrative@atmu.edu.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department