"Synergy" işçi axtarır - VAKANSİYA
“Synergy Partnership” şirkəti SMM menecer vakansiyası elan edir.
Öhdəliklər:
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi
- Hazırlanmış kontentin sosial medida yerləşdirilməsi
- Hazırlanmış kontentin sosial mediyada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq
- Kontentin yerləşdirildiyi yerlərdə istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi
Tələblər:
- Sosial Media Marketinq üzrə bilik və ən az 1 il təcrübə
- Azərbaycan və rus dili bilikləri
- "Copywriting" qabiliyyəti
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
- Bakalavr dərəcəsi
- Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti
- Dürüst, enerjili, məsuliyyətli, kreativ və işinə qarşı həvəsli
- Komandada işləmək qabiliyyəti
Uyğun namizədlər CV-lərini office@synergy.az ünvanına göndərə bilərlər.