Daha bir ölkə “Kalaşnikov”dan imtina edir
Rumıniya ordusu Rusiya istehsalı olan “Kalaşnikov” avtomatından imtina edir.
"BI" xəbər verir ki, bunu Rumıniyanın iqtisadiyyat naziri Nikolae Bedeleu bəyan edib.
O bildirib ki, əvəzində Rumıniya ordusu İtaliya istehsalı olan avtomat alacaq.
Plopen şəhərində yerləşən zavod İtaliyanın “Beretta” silah istehsalçısı ilə əməkdaşlığa başlayacaq. Zavodda ARX-160 avtomatının iki yeni növünün istehsalı planlaşdırılır.
Bedeleu bildirib ki, Rumıniyada istehsal olunacaq atıcı silahlar həmçinin xaricə ixrac olunacaq.