ENA+

Azərbaycanda məhkəmə 180 min manatlıq - QAZ BORCUNU SİLDİ

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən “İmam Həsən” məscidinə ötən il qazdan istifadəyə görə “Azəriqaz” tərəfindən dini icmaya külli miqdarda borc qəbzi verilib.

"BI"nin verdiyi xəbərə görə, qəbzdə məscidin 180 min manatlıq qaz borcunun yarandığı qeyd olunub.

Bununla bağlı məscidin dini icması 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək borcun əsassız olaraq hesablandığını bildirib və silinməsini istəyib.

Məhkəmə məscidin tələbini müsbət cavablandırıb və qaz borcunun silinməsinə qərar verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)