Birja

Azərbaycanın quşçuluq şirkəti səhmlərini satışa çıxarır

Aprelin 29-da “Bakı Fond Birjası” QSC-də (BFB) “İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmləri satışa çıxarılacaq.

Açıq hərracda iştirak etmək istəyənlər aprelin 26-na qədər “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə, eləcə də BFB-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)