Vakansiyalar

"PAŞA Bank" işçi axtarır - VAKANSİYA

Paşa Bank təcrübəli Telesatış Mütəxəssisi axtarır! Telesatış Mütəxəssisi olaraq öncədən müəyyən edilmiş satış hədəflərinizə çatmaq məqsədi ilə potensial müştərilərlə əlaqə saxlayacaqsınız. Paşa Bank olaraq Biz Sizdən Telesatış Mütəxəssisi olaraq mükəmməl ünsiyyətçi və dinləyici olacağınızın gözləntisindəyik.

Vəzifə öhdəlikləri:

• Öncədən müəyyən edilmiş mətn üzrə potensial müştərilər ilə satış danışıqları aparmaq, məhsul və ya xidmət satın almağa inandırmaq
• Müştərilərin ehtiyaclarına və təkliflərinə uyğun olaraq çözüm yollarının təklif etmək
• Lead-lərin yaradılması və satış komandasına yönləndirilməsi 
• Müştəri bazasının mütəmadi olaraq yenilənməsi
• Müəyyən edilmiş KPI-rın ölçülməsi
• Reklam tipli təqdimatların mövcud və potensial müştərilərə çatdırılması
• Yaranmış müştəri suallarının cavablandırılması. Məhsul və ximət tariflərinin müştərilərə izah edilməsi
• Müştərilər üçün satış təmsilçiləri ilə görüşlərin təyin edilməsi
• Xüsusi şəxslərin ehtiyac və maraqlarının daha doğru şəkildə hədəflənməsi məqsədi ilə satış mətnlərinin tənzimlənməsi
• Müştəri məlumatlarının və müştərilərin təklif olunan məhsul və ya xidmət barəsində geri dönüşlərinin qeydiyyata alınması

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Telesatış və yaxud digər satış/müştəri xidmətləri sahəsində iş təcrübəsi - minimum 2-3 il 
• Kompüter proqramları və telefon sistemləri üzrə yaxşı bilik səviyyəsi - Microsoft Office
• Məhsullar və xidmətlər barəsində məlumatları tam şəkildə mənimsəmək və aydın şəkildə izah etmək bacarığı 
• Rus və Azərbaycan dilləri üzə mükəmməl bilik səviyyəsi / İngilis dili üzrə tələb olunan bilik səviyyəsi - Upper - Intermediate
• Yüksək səviyyədə ünsiyyət və korporativ münasibətlər qurma bacarığı 
• Etirazlara səbirlə yanaşma bacarığı 
• Mükəmməl səviyyədə danışıq aparma və müştərilərin üzləşdiyi çətinlikləri həll etmə və ya doğru struktur bölməyə yönləndirmə bacarığı
• Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr dərəcəsi

Əsas kompetensiya göstəriciləri:

• Ünsiyyət qurma bacarığı
• İnformasiyanın toplanılması və idarə edilməsi
• İnandırmaq bacarığı
• Korporativ mühitə uyğunlaşma və adaptasiya qabiliyyəti
• Təşəbbüskarlıq
• Danışıq aparma qabiliyyəti
• Stressə dözümlülük
• Yüksək enerji
• Özünü motivasiya etmə bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 29.04.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Telesales Specialist” yazaraq göndərmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department