Rəsmi

Tikinti ilə bağlı yeni qurum yaradıldı - FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev  "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərman imzalayıb.

"Businessinsider.az" xəbər verir ki, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq edilib. 

Həmçinin Fərman ilə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb. 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi və Mərkəzin göstərdiyi ödənişli xidmətlərin siyahısı təsdiq edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)