Nazirlik bu şəxsləri 1000 manatadək cərimə edəcək
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib.
"BI" məlumatına görə, bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.
Səhiyyə Nazirliyinə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyət verilib. Başqa sözlə, Nazirliyinə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına dair inzibati xətalar haqqında işlər üzrə protokol Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri, şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri tərəfindən tərtib ediləcək.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilməlidir.