Sosial iqtisadiyyat

Milli Depozit Mərkəzinin Çağrı Mərkəzinin  qaynar xətt nömrəsi yenilənib

   Azərbaycan Respublikasının  Milli Depozit Mərkəzi (MDM), investorlara daha effektiv xidmət göstərməsi, məlumat əlçatanlığının və xidmət keyfiyyətinin artırılması  məqsədilə Çağrı Mərkəzinin qaynar xətt nömrəsini yeniləyib.

    03.02.2025-ci il tarixindən etibarən vətəndaşların Milli Depozit Mərkəzinə müraciətləri, “966-0” nömrəsi ilə deyil, yeni “966-9” qısa nömrəsi vasitəsilə qəbul ediləcək.

    Bu yeniləmə, müasir texnologiyaların tətbiqi əsasında müraciət proseslərini sadələşdirmək, investor sorğularına dəqiq və operativ cavab vermək üçün həyata keçirilib. Yeni nömrəyə həm stasionar, həm də mobil telefonlardan zəng etmək mümkündür.

Çağrı Mərkəzi iş günləri ərzində saat 09:00-dan 18:00-a qədər fasiləsiz fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)