MALİYYƏ

"Bu fond ənənəvi maliyyə mənbələrindən fərqli olacaq"

"İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində yaradılmış Kiçik və Orta Biznes Fondunun nizamnaməsi hazırlanır".

Bunu açıqlamasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, nizamnamədə Fondun fəaliyyət istiqamətləri, sahibkarların onun xidmətindən necə istifadə edəcəkləri öz əksini tapacaq. 

"Bu fond ənənəvi maliyyə mənbələrindən fərqli olacaq", - deyə O.Məmmədov qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)