Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən banklar məlum olub
Azərbaycanda fəaliyyət göstərən 30 bank ötən il 279,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 29 502,4 milyon manat məbləğində aktivlərin 0,95%-i qədərdir.
Bu, aparılan araşdırma nəticəsində məlum olub.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2018-ci ili mənfəətlə başa vurmuş 25 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,4%-ni təşkil edib. Qeyd edək ki, ABB aktivlərinin məbləğinə görə də, ölkədə liderdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "AFB Bank" ASC tutub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,2%-i qədər olub. Baxmayaraq ki, "AFB Bank" aktivlərinin məbləğinə görə, Azərbaycanda 16-cıdır.
3-cü yerə isə 4,4%-lik göstərici ilə "Unibank" ASC çıxıb. Xatırladaq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 9-cudur.
Mənfəətlə işləmiş qalan 22 bankdan 4-də sözügedən göstərici 2-4% arasında, 6 bankda 1-2% arasında, 12 bankda isə 0-1% arasında dəyişir.
№ |
Bankın adı |
Bankın illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Azərbaycan |
5,4% |
2 |
AFB Bank |
5,2% |
3 |
Unibank |
4,4% |
4 |
Bank Avrasiya |
3,1% |
5 |
Naxçıvan Bank |
2,8% |
6 |
Kapital Bank |
2,6% |
7 |
Premium Bank |
2,5% |
8 |
İran Milli |
1,9% |
9 |
PAŞA Bank |
1,6% |
10 |
Xalq Bank |
1,4% |
11 |
Yapı Kredi |
1,3% |
12 |
Bank of Baku |
1,2% |
13 |
AGBank |
1,1% |
14 |
Günay Bank |
0,7% |
15 |
Zıraat Bank |
0,6% |
16 |
Azərbaycan |
0,5% |
17 |
NBC Bank |
0,4% |
18 |
Rabitəbank |
0,4% |
19 |
Muğan Bank |
0,3% |
20 |
Bank BTB |
0,2% |
21 |
Bank Respublika |
0,2% |
22 |
Azər-Türk Bank |
0,0% |
23 |
Pakistan |
0,0% |
24 |
Turan Bank |
0,0% |
25 |
Atabank |
0,0% |
26 |
Access Bank |
-1,8% |
27 |
Amrah Bank |
-5,5% |
28 |
Express Bank |
-6,0% |
29 |
Nikoyl Bank |
-32,4% |
30 |
Bank VTB |
-185,1% |