BİZNES

"Yerli rəqiblər olmalıdır, yoxsa bir gün xaricilər bizi nokaut edər"

“Azərsun Holdinq” yerli qida istehsalçılarının sayının artmasının tərəfdarıdır.

"BI"nın məlumatına görə, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl media nümayəndələri ilə görüşü zamanı bildirib ki, yerli rəqiblərin çox olmasının faydası var. Yerli şirkətlər bir-birləri ilə rəqabət apararaq güclənə bilərər:

“Biz “Azərsun Holdinq” olaraq yerli rəqibi rəqib sayırıq, amma biz xariciləri real rəqib hesab edirik. Qurban Qurbanov ("Qarabağ" klubunun baş məşqçisi - red) dəfələrlə şikayət edib ki, “əgər bizim 20 klubumuz, 20 yaxşı oyunçumuz olsaydı biz də Avropaya daha güclü gedərdik. Çünki yaxşılarla oynaya-oynaya, yıxıla-yıxıla biz də güclənərdik”. Yerli rəqib uzunmüddətə bizə müsbət təsir edir.Yerli rəqiblərin bizə faydası var, zərəri yoxdur.Yerli rəqiblərin olmamağı bizi təmbəlləşdirər.Bir gün xaricilər gəlsə biz nokaut olarıq”,- Abdulbari Gözəl deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)