MALİYYƏ

Türkiyədə işsizlərin sayında böyük artım - LİRƏ UCUZLAŞDI

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, Türkiyə daxilində 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2018-ci ilin Dekabr ayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 11 min nəfər artaraq 4 milyon 302 min nəfər təşkil edib. 

"Marja" xəbər verir ki, işsizlik nisbəti 3,1 bənd artım ilə 13,5% səviyyəsinə qalxıb. Bu, 2010-cu ilin Fevral ayından bəri ən yüksək səviyyədir. Proqnoz 12,8% idi. 

Eyni dövrdə; kənd təsərrüfatı xaric işsizlik nisbəti 3,3 bənd artım ilə 15,6%-ə, gənc əhali arasında (15-24 yaş) işsizlik nisbəti 5,3 bənd artım ilə 24,5%-ə, 15-64 yaş qrupunda isə bu nisbət 3,1 bənd artım ilə 13,7%-ə qalxıb.

 

Məlumatın açıqlanmasından sonra Türk Lirəsi ucuzlaşıb. Dollar/TL məzənnəsi 5.4742 səviyyəsinə yüksəlib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)