2 ayda pomidor ixracı 18 milyon dollar gəlir gətirib
“BI” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 75 milyon 972 min dollar dəyərində 79 114 ton meyvə-tərəvəz ixrac olunub.
İlk 2 ayda pomidor istehsalçıları 15 268 ton pomidor ixrac edərək 17 milyon 808 min dollar gəlir əldə ediblər.
Eyni zamanda, yanvar-fevral ayları ərzində 25 milyon 104 min dollar dəyərində 4 781 ton meşə fındığı, 17 milyon 484 min dollar dəyərində 23 046 ton xurma, 9 milyon 791 min dollar dəyərində 23 320 ton alama ixrac edilib.