Gündəm

İsrail İranın neft-kimya zavodunu vurdu

İsrailin İranın cənub-qərbindəki Xuzistan əyalətindəki Mahşəhr şəhərindəki neft-kimya zavoduna zərbə endirdiyi bildirilir.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Xuzistan qubernatorunun müavini Vəliollah Hayati hücum barədə məlumat verib.

Hayati bildirib ki, "Bu yaxınlarda Mahşəhrdəki Karun Neft-Kimya Şirkəti sionist düşmən tərəfindən hava hücumuna məruz qalıb. Zavoda dəyən mərmilər nəticəsində sənaye müəssisəsinin bəzi hissələri zədələnib".

İran rəsmisi ilkin məlumatlara görə, heç bir itki və ya xəsarət almadığını bildirib və əlavə edib ki, zərərin miqyası və mümkün itkilər barədə ətraflı məlumat daha sonra açıqlanacaq.

İsrail ordusunun açıqlamasında Mahşəhr neft-kimya zavodundakı "bir neçə hədəfə" zərbə endirildiyi qeyd edilib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)