3 gün ərzində 25 milyard dollardan artıq "əriyib"
ABŞ-ın təyyarə istehsalçısı "Boeing Co"nun, ən çox satdığı modelin təhlükəsizlik səbəbilə bir çox ölkədə uçuşuna qadağa qoyulub.
"BI" xəbər verir ki, təyyarə istehsalçısının səhmləri, ABŞ, Avropa Birliyi və digər ölkələrin 737 Max ilə reysləri dayandırması ilə əlaqədar olaraq ucuzlaşır.
10 Martda Efiopiyada baş verən və 157 insanın ölməsilə nəticələnən qəzadan yalnız beş ay əvvəl "Lion Air"in 737 Max 8 təyyarəsi İndoneziyada dənizə düşmüşdü.
"Boeing"in səhmlərinin qiyməti 377.34 dollara düşüb. Şirkətin səhmləri son 3 gün ərzində 10.70 faiz ucuzlaşıb və hava yolu şirkətinin bazar dəyəri 25 milyard dollardan artıq "əriyib".