Qızıl və gümüş bahalaşıb (25.05.2026)
Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.
ENA.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.95% artaraq 4.600 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 2.63% bahalaşaraq 78.20 ABŞ dolları təşkil edib.


















