Prezident onu nazirə birinci müavin təyin etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Bu barədə ENA.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, o bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.
















