"Fitch" Bakıda Azərbaycan iqtisadiyyatı üzrə müzakirələr təşkil edəcək - TARİX
Aprelin 4-də “Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Bakıda Azərbaycan iqtisadiyyatı üzrə illik konfrans keçirəcək.
“Aprelin 4-də konfransda agentliyin analitikləri Azərbaycanın suveren və bank sektoruna dair “Fitch”in rəyini təqdim edəcəklər”, - agentlikdən bildiriblər.
Konfransa dəvət olunanlar sırasında Azərbaycanın iri korporasiyaları, iri bank və bank olmayan maliyyə müəssisəərinin top-menecerləri, beynəlxalq investisiya cəmiyyəti, yerli və regional hakimiyyət orqanlarının nümayəndələri var.
O cümlədən, konfransa Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyinin nümayəndələri, beynəlxalq maliyyə təsisatlarının baş menecerləri, “Fitch Ratings”in suveren, bank və korporativ qruplarının direktorları dəvət olunublar.
Xəbər verildiyi kimi, 2019-cu il yanvarın sonunda “Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətlireytinqini “BB+” səviyyəsində təsdiq edib, proqnozu “stabil” saxlayıb.
Analitiklərin rəyinə görə, “BB+ reytinqləri yüksək neft gəlirləri dövrlərində qalıqların toplanması, iqtisadiyyatın karbohidrogenlərdən güclü asılılığı, zəif inkişaf etmiş və proqnozlaşdırılmayan siyasət, idarəçiliyin aşağı göstəriciləri və zəif bank sektoru ilə şərtlənən Azərbaycanın güclü xarici balansı və aşağı səviyyədə dövlət borcunu əks etdirir.