MALİYYƏ

ARDNF-in investisiya portfelində dolların payı 71 %-i keçib

Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 73 milyard 515,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ENA.az Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 11 milyard 65,7 milyon ABŞ dolları və yaxud 17,7 % çoxdur.

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 71,1 %-i (52 milyard 238,7 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 5 faiz bəndi çoxdur.

Əvəzində investisiya portfelində avronun payı 4,5 faiz bəndi azalaraq 16,9 %-ə (10 milyard 845,5 milyon) düşüb.

Hesabat dövründə portfeldə ingilis funt sterlinqinin payı 0,3 faiz bəndi azalaraq 4,8 % (2 milyard 260,3 milyon), Çin yuanının payı 0,2 faiz bəndi azalaraq 2,3 % (11 milyard 515,6 milyon), yapon yeninin payı dəyişməyərək 1,3 % (154 milyon 867,4 min), digər xarici valyutaların payı isə isə dəyişməyərək 3,6 % (2 milyard 690,1 milyon dollar ekvivalentində) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)