Hadisə

Rüşvətə görə 30-a yaxın gömrükçü hüquq-mühafizə orqanlarına təhvil verilib

"Gömrükdə çox böyük dəyişikliklər baş verib" .

"BI" xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov deyib:


"Son 1 ilin nəticəsi onu göstərdi ki, korrupsiya halına görə 30-a yaxın gömrük əməkdaşı hüquq-mühafizə orqanlarına təhvil verilib. Korrupsiya halları ilə bağlı daimi monitorinqlər aparılır. Belə halllar aşkarlanarsa, həmin əməkdaşlar Gömrük orqanlarından uzaqlaşdırılır və qanun qarşısında cavab verirlər. Biz desək ki, bu gün bütün gömrük əməkdaşları insanlara mədəni xidmət göstərir, bu qeyri-səmimi səslənər. Amma əminliklə deyə bilərik ki, böyük əksəriyyət mədəni xidmət göstərir. Biz bütün əməkdaşlarımızın işini təkmilləşdirilməsi üçün seminarlar təşkil edirik. Məqsədimiz insanların məmnuniyyətini təmin etməkdir".

Eləcə də bax: Sumqayıt şəhər Məhkəməsinin sədrinin oğlu rəis - TƏYİN EDİLDİ

M.Vahabov deyib ki, Gömrük Komitəsi şəffaflığı təmin etməklə dövlət büdcəsində gəlirlərin artmasına səbəb olub:
 

"Yaradılan mühit işə yeni başlayanlar üçün əlverişlidir. 2017-ci il ilə müqayisədə 2018-ci ildə qeyri-neft sektorunda 12% artım qeydə alınıb. Dövlət Gömrük Komitəsində aparılan islahatlar Azərbaycanın milli iqtisadiyyatının güclənməsinə şərait yaradır. Aparılan islahatlar göstərir ki, gömrükdə şəffaflıq tam təmin olunub".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)