ABŞ Çini "valyuta manipulyatoru" elan etmədi
ABŞ Xəzinə Nazirliyi, Çin də daxil olmaqla ölkənin mühüm ticarət tərəfdaşlarının valyuta manipulyasiyası etmədiyini açıqlayıb.
Bİ.az xəbər verir ki, Nazirlik, hər 6 aydan bir çap olunan "ABŞ-ın Mühüm Ticarət Tərəfdaşlarının Makroiqtisadi və Valyuta Məzənnəsi Siyasəti" hesabatının Oktyabr 2018-ci il sayını dərc edib.
Çin, Meksika, Yaponiya, Almaniya, İtaliya, Hindistan, Cənubi Koreya, Tayvan, İsveçrə, Fransa, Kanada, İngiltərə və Braziliya olmaqla 13 ölkənin siyasətlərini təhlil edən hesabat, Çinin, pul vahidi yuanın dəyərində baş verən ucuzlaşmaya görə "valyuta manipulyatoru" kimi səciyyələndirməsi iddialarını boşa çıxardıb.
Buna qarşı, Çinin valyuta kursuna dair fəaliyyətlərinin şəffaf olmadığını tənqid edən hesabatda, "Yuanda son dövrdə yaşanan dəyər itkisi Çinin ABŞ qarşısındakı ticarət artığını (profisitini) yəqin ki, böyüdəcək. ABŞ Xəzinəsi, Çinin manipulyasiyadan uzaq durmağa qarşı sözünə sadiq qalmasına və valyuta məzənnəsinə rəqabətə davamlı səbəblərlə müdaxilə etməməsinə böyük əhəmiyyət verir" ifadələrinə yer verilib.
@marja