Hərraclarda banklara satılmış Dolların məbləği - AÇIQLANDI
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin fevral ayı ərzində 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.Bu barədə "BI"yə Fonddan bildirlib.
Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dollarıməbləğində vəsait satılmışdı. Beləliklə, Yanvar ayı ilə müqayisədə Fevralda valyuta satışı 2 dəfə azalıb.
Cari ilin ilk 2 ayı ərzində 951,1 milyon dollar valyuta satılıb.
Fevral ayında keçirilmiş hərraclarda valyuta satışının az olması Dollara tələbin azaldığına işarədir. Fevral ayında banklarda Dolların alış və satış məzənnələrində geriləmə müşahidə edilib.