Sosial iqtisadiyyat

Azərbaycanda daha bir müalicə turizm kompleksi yaradılır

Naxçıvanda müalicə turizminin inkişafı üçün daha bir layihə reallaşdırılır.

"Businessinsider.az" xəbər verir ki, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır.

Martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlmiş, kompleksin layihəsinə baxmışdır.

Eləcə də bax: Azərbaycanda "rayon"lar ləğv olunur? - AÇIQLAMA 

Məlumat verilmişdir ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)