ABB səhmlərinin qiyməti neçəyədir?
ENA.az xəbər verir ki, Bakı Fond Birjasında ABB səhmlərinin günlük vəziyyəti ilə bağlı göstəiricilərdə səhmin bazara çıxarılma qiyməti olan 27 qəpik əvəzinə istinad qiyməti kimi artıq 26 qəpik qəpik göstərilir. Və bu istinadla səhmlərin 13 faiz bahalaşaraq 30 qəpik olduğu məlum olur.
Son bir günlük qiymətlərdə isə səhmlərin 3,2% ucuzlaşaraq 31 qəpikdən 30 qəpiyə düşdüyü görünür.
Qeyd edək ki, Azərbaycanın dövlət Bankı olan ABB səhmlərinin yanvarın sonundan başlayaraq müəyyən tendensiya göstərdiyi görünür. Səhmin bazarda ən ucuz satış qiyməti 24-25 qəpik görünür.
Bu ilin mayında artlq səhmdarlara ikinci dəfə dividend ödənişi baş verəcəyini nəzərə alsaq, qarşıdakı günlərdə şkalanın bir qədər artacağı ehtimalı da vardır, lakin ümumilikdə səhmlər üzrə dəyər göstəriciləri investerların gözləntilərindən aşağı olaraq qalır.
Hazırda ABB səhmlərinin kapitallaşması 1,423,634,881 manatdır.

















