Bank

"PAŞA BANK"ın səhm satmasına - RƏSMİ İCAZƏ VERİLDİ

Bugün Azərbaycan tarixində ilk olaraq özəl bank səhminin satışına rəsmi icazə verildiyi açıqlandı. Belə ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Nəticədə 932,926 ədəd səhm sahiblərini gözləyir. İlkin qiymət isə abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək. Qeyd edək ki, "PAŞA BANK" ASC-nin səhmdarlarının tərkibi hazırda belədir: 

Adı

Sahib olduğu pay (%)

PAŞA HOLDİNG MMC

57%

Bless MMC

28%

Cənab Arif Paşayev

10%

Cənab Mir Camal Paşayev

5%

 Səhmlər üzrə açıqlanan məlumat isə aşağıdakı kimidir:

 

Emitentin adı

"PAŞA BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1012006628

Səhmlərin növü və forması

Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu/forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

932,926 ədəd

İlkin ticarət qiyməti

Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək

Buraxılış həcmi

Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək

Ticarətə buraxılma tarixi

Abunə yazılışı və yerləşdirmə tarixləri emitent tərəfindən bildiriləcək

Əsas Anderrayter

Anderrayter

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC

“Unicapital İnvestisiya Şirkəti” ASC

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)