Aqrar

Termal sularla isidilən istixanada istehsala başlanıb

"İnvestisiya qoyuluşu məqsədi ilə Kürdəmirə cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır. Bu il “GEOTERMAL AGRO” MMC tərəfindən Mollakənd  kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılmış və hazırda istixanada pomidor becərilir".

 

Bİ.az xəbər verir ki, bunu Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib. "Geotermal Aqro” MMC  təbii üsulla yerdən çıxan isti sudan istifadə olunmaqla (istixanaların isidilməsi məqsədilə) 50 hektar sahədə istixanaları salmağı nəzərdə tutur.

 

Başçı qeyd edib ki, Kürdəmirdə iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar  sektorun  innovativ  inkişafını  təmin  etmək  məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb  edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmış, hazırda aqroparklarda infrastrukturların  yaradılması, torpaqların  yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi sahəsində  işlər davam etdirilir. 


 

@Marja

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)