MALİYYƏ

Azərbaycan ötən il xalis maliyyə aktivlərini 5 milyard dollardan çox artırıb

2025-ci ildə Azərbaycanın xalis maliyyə aktivləri 5 milyard 362,7 milyon ABŞ dolları artıb.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 98,1 % çoxdur.

İllik artım xaricə yönəldilmiş birbaşa investisiyaların 910,2 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 22,6 % çox), portfel investisiyalarının 1 milyard 862,4 milyon ABŞ dolları artması (2,7 dəfə çox), digər investisiyaların isə 2 milyard 590,1 milyon ABŞ dolları artması (1 il əvvəl 2 dəfə çox) hesabına baş tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)