Bank

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25 % azalıb

2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 4,6 %-i qədər profisit formalaşıb.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə əsasən, bu, 2024-cü illə müqayisədə təxminən 25 % azdır.

"Bu məbləğdə profisitin olması makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil sayılmalıdır", - deyə AMB rəsmisi qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)