Bank

“PAŞA Bank”da yeni təyinat olub

“PAŞA Bank” ASC-də Kredit Nəzarəti departamentinin direktoru vəzifəsinə yeni təyinat olub.

Məlumata görə, Nicat Abadov “PAŞA Bank”ın Kredit Nəzarəti departamentinin direktoru vəzifəsinə təyin olunub.

O, 20222-ci ilin iyun ayından 2026-cı ilin mart ayına kimi “PAŞA Bank”ın KOS kredit monitorinqi və nəzarət şöbəsinin rəhbəri olub.

Nicat Abadov 2004–2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Biznesin idarə edilməsi və Gömrük işinin təşkili ixtisası üzrə bakalavr dərəcəsi alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)