Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı - XƏBƏRDARLIQ ETDİ
Sosial şəbəkələr üzərindən həyata keçirilən alış-verişlər istehlakçı hüquqlarının pozulması riskini artırır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlının sözlərinə görə, bəzi istehlakçılar sosial şəbəkələrdə hüquqi statusu və əlaqə məlumatları olmayan hesablar vasitəsilə kartdan-karta köçürmə yolu ilə alış-veriş həyata keçirirlər:
"Belə hallarda qarşı tərəf sahibkar kimi tanınmadığı üçün istehlakçı hüquqlarının qorunması çətinləşir və hüquqları pozulan şəxslərin müraciətlərinə baxılması zamanı müəyyən çətinliklər yaranır. İstehlakçılara alış-veriş zamanı satıcının hüquqi statusunu və əlaqə məlumatlarını yoxlamağı, rəsmi satış kanallarına üstünlük verməyi tövsiyə olunur".


















