Sənaye

İran: Neftin 200 dollara çatmasına hazır olun

İranın hərbi sözçüsü bildirib ki, İran "qarşılıqlı hücumlardan" düşmənləri ilə davamlı hücumlara keçəcək və ABŞ neft qiymətlərini idarə edə bilməyəcək. 

İranın yarı-rəsmi Fars xəbər agentliyi hərbi sözçünün açıqlamasını yayıb. İranlı rəsmi bildirib ki, “ABŞ-ın, sionist rejimin və ya onların müttəfiqlərinin maraqlarına xidmət edəcək şəkildə Hörmüz boğazından bir litr belə neftin keçməsinə icazə verməyəcəyik.”

Sözçü əlavə edib ki, “Neftin bir barelinin 200 dollara çatmasına hazır olun. Çünki neftin qiyməti sizin regionda pozduğunuz təhlükəsizliklə birbaşa bağlıdır.”

Ən azı 839 hücum

Məlumata görə, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri 7 ərəb ölkəsində yerləşən ABŞ hərbi bazaları və strateji obyektlərə ən azı 839 raket zərbəsi endirib.

ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də İranın cavab addımları davam edərkən Körfəz ölkələrində bir sıra kritik obyektlərin də hədəfə alındığı bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)