Rusiya məhkəməsi Google-a cərimə kəsdi
Google-a qarşı qaldırılan iddiaya paytaxt Moskvada baxılıb.
Məhkəmə şirkətin müəyyən qadağan olunmuş məzmuna girişi bloklamamaqla qanunu pozduğuna qərar verib və Google-a 11,4 milyon rubl cərimə ödəməyi tapşırıb.
Google əvvəllər qadağan olunmuş məzmunu silmədiyinə, rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığına və digər pozuntulara görə cərimə olunmuşdu.
Ən son olaraq, 27 fevralda şirkət əvvəlki cərimələri ödəmədiyinə görə 16 milyard rubl cərimə olunub.


















