Elm və Texnologiya

Hava taksisinin sınaqlarına başlanıldı - VİDEO

“Airbus” şirkəti Almaniyanın İnqolştadte şəhərində hava taksilərinin sınağına başlayıb.

Bu barədə “Regnum” nəşri yazır.

“CityAirbus” aerotaksisinin prototipi kənardan bir növ iri pilotsuz uçuş aparatına bənzəyir.  Prototip elektrik mühərriki ilə çalışır. Belə taksilərlə gələcəkdə sərnişinlərin şəhər mərkəzlərindən aeroportlara daşınacağı gözlənilir.

Bundan əvvəl, yanvarın 24-də “Airbus”un rəqibi olan “Boeing” şirkəti öz pilotsuz aerotaksisinin uğurlu sınağı barədə məlumat yaymışdı. Onların prototipi avtonom şəkildə havaya qalxa, eniş edə və müəyyən müddət havada hərəkətsiz vəziyyətdə qala bilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)