Seymur Bayramova dövlət agentliyində vəzifə verildi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.
Belə ki, Seymur Bayramov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Biznesin İnkişafı və Kommersiya Departamentinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
O, bu təyinata qədər Azərbaycan Sahibkarlar Konfederasiyasında Sahibkarlarla İş və İqtisadi Təhlil Şöbəsinin müdiri vəzifəsini icra edib.
Seymur Bayramov daha əvvəl isə Qarabağ Dirçəliş Fondunda çalışıb.
Qeyd edək ki, yeni vəzifəsində o, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, innovasiya ekosisteminin inkişafı və kommersiya yönümlü layihələrin təşviqi istiqamətində fəaliyyət göstərəcək.











